myGov Beta – portalın ilkin mərhələdə test müddətində işlədiyini bildirir. Beta versiyanın tətbiqinin məqsədi əsas versiyanı vətəndaşlara daha təkmil formada təqdim edə bilməkdən ibarətdir.

myGov portalından faydalanmaqla yarı yolda qalmayacaqsınız!

“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar “myGov” portalı vasitəsi ilə dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

login
send

XİDMƏTLƏRƏ MÜRACİƏT

Təqdim olunan xidmətə bir klik ilə müraciət etmə imkanı

Vətəndaşlar şəxsi kabinetdə göstərilən xidmətlərə müraciət edə, həmçinin ən çox istifadə etdiyi xidmətləri “Seçməli Xidmətlərin” bölməsinə daxil edərək şəxsi kabinetini fərdiləşdirə bilirlər.

send

BİLDİRİŞLƏR

Məlumatlandırma və xatırlatma xarakterli bildirişlər

Vətəndaşa dair məlumatlar yeniləndikdə, vətəndaşların sənədlərinin etibarlılıq müddəti başa çatdıqda və sistemə yeni xidmətlər əlavə edildikdə vətəndaşa bununla bağlı SMS, e-mail, həmçinin şəxsi kabinet vasitəsilə bildirişlər göndərilir.

send

TƏSDİQETMƏ

Məlumatların digər qurumlara ötürülməsi

Vətəndaşlara dair məlumatlar yalnız vətəndaşın şəxsi kabinetinə müvafiq qurumlar tərəfindən göndərilən sorğunun vətəndaş tərəfindən təsdiqlənməsindən sonra üçüncü tərəfə ötürülür. Həmçinin vətəndaşa dair məlumatlar vətəndaşın özü tərəfindən əvvəlcədən qarşı tərəfə ötürülə bilər.

send

ƏKS ƏLAQƏ

Vətəndaşın qurumlara bir ünvandan müraciət imkanı

Şəxsi kabinet vasitəsi ilə vətəndaş öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyatı quruma göndərə bilir. Eyni zamanda vətəndaş özü haqqında sistemdə aşkarladığı yanlış məlumatlar barədə müvafiq quruma müraciət ünvanlaya bilir.

send

TƏHLÜKƏSİZ GİRİŞ

ASAN Login - Vahid giriş sisteminin üstünlükləri

ASAN Login ilə sisteminə bir dəfə daxil olan zaman bu giriş sistemini istifadə edən digər sistemlərə də avtomatik olaraq giriş edilmiş olur. Eyni zamanda inteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış baş tutur. Bu isə təkrarçılığın qarşısını aldığı üçün zamana qənaət etməyə yardımçı olur.

send

MƏLUMATLARA ÇIXIŞ

Şəxsi məlumatların vətəndaş tərəfindən əldə olunması

“myGov” şəxsi kabienti vasitəsilə vətəndaşlar öz şəxsi, maliyyə, təhsil və digər məlumatlarını əldə edə bilirlər. “myGov” şəxsi kabineti vətəndaşın məlumatlarını real rejimdə əks etdirərək vətəndaş-dövlət münasibətlərini yeni mərhələyə daşıyır.

turkiye.gov.tr

myGov-u bütün cihazlarda rahatlıqla istifadə edə bilərsiniz

close

Diqqət!

myGov portalında Sizə dair məlumatlar aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən məlumat mübadiləsi əsasında real rejimdə əldə edilir. Məlumatlarınızda müəyyən çatışmazlıq və ya yanlışlıq olarsa, hər bir xidmətə uyğun "əks-əlaqə" bölməsinə daxil olaraq müvafiq quruma müraciət etməyinizi xahiş edirik.

Bir daha göstərmə