Məxfilik siyasəti

MyGov, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasınin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra – “Mərkəz”) tərəfindən idarə olunur. Bu məxfilik siyasəti MyGov və MyGov-da xidmətlərini təqdim edən və informasiya sistemi və ehtiyyatları inteqrasiya edilmiş digər dövlət və qeyri-dövlət qurumlarının (bundan sonra – “Qurum”) ilə bağlı şəxsi məlumatları necə toplayacağını, saxlamasını, istifadəsini və açıqlamalarını müəyyənləşdirir. MyGov-dan keçid etməklə Qurumlar tərəfindən göstərilən xidmətlərdən istifadə zamanı da ayrı ayrı Məxfilik siyasəti sənədləri təqdim edilə bilər.
MyGov-dan istifadə etdiyiniz təqdirdə Mərkəz tərəfindən bu məxfilik siyasətində göstərildiyi kimi şəxsi məlumatlarınızı toplanması, istifadə edilməsi və açıqlanmasına razısınız.
MyGov-da Qurumların xidmətlərindən istifadə etdiyiniz təqdirdə Xidmətin göstərilməsi ilə əlaqəli şəxsi məlumatlarınızın Qurum tərəfindən toplanması, istifadə edilməsi və açıqlanmasına razısınız. Qurum şəxsi məlumatlarınızın işlənməsi üçün tətbiq olunan öz məxfilik siyasətinə sahib ola bilər.
MyGov-dan istifadə etməzdən öncə bu “Məxfilik bildirişi” və “İstifadə qaydaları” (https://my.gov.az/intro/terms.html) ilə tanış olmağınız tövsiyə olunur

Mərkəz, MyGov xidmətini idarə etmək üçün sizin haqqınızda şəxsi məlumat toplayır. Buraya təqdim etdiyiniz məlumatlar, istifadə ilə əlaqədar MyGov tərəfindən yaradılan məlumatlar və sizinlə əlaqəli Qurumlardan alınan məlumatlar daxildir.
Təqdim etdiyiniz fərdi məlumatlara aşağıdakılar daxildir:
• elektron poçt ünvanınız
• mobil telefon nömrəniz
• parolunuz
• şəxsiyyət vəsiqənizin fərdi identifikasiya nömrəsi
• gizli suallarınız və cavablarınız
• MyGov mesajı bildirişlərini almaq üçün seçdiyiniz metod.
MyGov tərəfindən yaradılan məlumatlara aşağıdakılar daxildir:
• MyGov istifadəçi adınızı
• MyGov hesabınızla əlaqəli fəaliyyət qeydləri, məsələn: hesaba giriş cəhdləri, cihazınız (cihazın adı, model, əməliyyat sistemi və IP ünvanı daxil olmaqla),
Xidmətlərlərlə əlaqəli və daxil olduğunuz səhifələr və mesajlar.

İstifadəçinin xüsusi cihazından asılı olaraq, MyGov aşağıda təsvir olunduğu kimi İstifadəçinin cihaz məlumatlarına daxil olmağa imkan verən müəyyən icazələri tələb edə bilər.
Susmaya görə, müvafiq məlumatlar əldə edilməzdən əvvəl bu icazələr İstifadəçi tərəfindən verilməlidir. İcazə verildikdən sonra istifadəçi tərəfindən istənilən vaxt ləğv edilə bilər. Cihaz icazələrinə nəzarət üçün dəqiq prosedur İstifadəçinin cihazı və proqramından asılı ola bilər.
Unutmayın ki, bu cür icazələrin ləğvi MyGov-un düzgün işləməsinə təsir göstərə bilər.
İstifadəçi aşağıda sadalanan hər hansı bir icazəni verərsə, müvafiq Şəxsi Məlumatlar MyGov tərəfindən işlənə bilər (yəni daxil olmaq, dəyişdirmək və ya çıxarmaq):
Kamera icazəsi
Kameraya daxil olmaq və ya cihazdan şəkillər və video çəkmək üçün istifadə olunur.
Sənədlərin saxlanması icazəsi (“Storage permission”)
MyGov tərəfindən yaradılan sənədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə saxlanılır.

Mərkəz şəxsi məlumatları toplayır, istifadə edir və açıqlayır, sizi MyGov bildirişləri ilə təmin edir və məlumatları Qurumlara yeniləməyə imkan verir.

Mərkəz MyGov xidmətlərini idarə etmək üçün şəxsi məlumatlarınızı toplayır, istifadə edir və açıqlayır. Bu halda məlumatlarınızın toplanması, istifadəsi və açıqlanmasına daxildir:
• MyGov hesabınızı yaratmağa və daxil olmağa imkan vermək
• idarə etmək, qorumaq və MyGov hesabınızla bağlı sizə dəstək vermək
• MyGov hesabınızı Qurumların şəxsi kabinetləri ilə əlaqələndirməyə imkan verir.

Mərkəz sizə MyGov bildirişlərini təqdim etmək üçün şəxsi məlumatlarınızı toplayır, istifadə edir və açıqlayır. Bu halda məlumatlarınızın toplanması, istifadəsi və açıqlanmasına daxildir:
• Qurumlardan bildirişlər almağa imkan vermək
• Qurumdan yeni bir mesaj aldığınız zaman sizə üstünlük verdiyiniz e-poçt adresinizə və ya mobil nömrənizə e-poçt və ya mətn mesajı ilə məlumat vermək.

Mərkəz həmçinin şəxsi məlumatlarınızı toplaya, istifadə edə və açıqlaya bilər:
• bu məqsədlə toplanmasına, istifadəsinə və ya açıqlanmasına razılıq vermisiniz və ya
• Mərkəz tərəfindən məlumatınızı bu məqsədlə (cinayət işi və ya məhkəmə araşdırması və s.) toplamaq, istifadə etmək və ya açıqlamaq üçün qanunla icazə verilir.
Mərkəz tərəfindən MyGov üçün toplanmış şəxsi məlumatlar xarici alıcılara yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda açıqlanır.

Mərkəz sessiya əsaslı kukilərdən istifadə edir. Sessiya əsaslı kukilər kompüterinizə köçürülən və brauzerinizi bağladıqda silinən müvəqqəti kuki fayllarıdır. Bu kukilər MyGov tərəfindən daxil olunduqdan sonra MyGov daxilində funksiyaları yerinə yetirməyə imkan vermək və myGov-u yaxşılaşdırmaq üçün anonim veb istifadə məlumatları toplamaq üçün istifadə olunur.
Mərkəz davamlı kuki istifadə etmir. Bunlar silinməyincə və ya istifadə müddəti bitməyincə sabit diskinizdə olan kukilərdir.
Kuki fayllarını rədd etməyiniz MyGov-dakı bəzi funksiyalara təsir edə bilər.
Mərkəz MyGov xidmətlərindən kənarda gəzən fəaliyyətlərinizi müəyyən etmək üçün kukilərdən istifadə etmir.

MyGov hesabınız “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə dövlət informasiya sistemləri və ehtiyyatlarında olan məlumatlar əsasında formalaşdırılır. Sizin tərəfinizdən daxil edilmiş məlumatlar istisna olmaqla, digər məlumatlar dəyişikliklər yalnız Qurumlar tərəfindən edilə bilər. Məlumatlarda çatışmazlıq və ya dəyişiklik olduğu halda bu barədə müvafiq informasiya sistemi və ehtiyyatınını sahibinə MyGov vasitəsilə də müraciət edə bilərsiniz.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsaslanır və MyGov-un fəaliyyətinin təmin edilməsində qanunun üstünlüyünü tanıyır.
Mərkəzin fəaliyyəti barədə məlumat almaq üçün https://www.digital.gov.az/ keçidindən istifadə edə bilərsiniz.

close

Diqqət!

myGov portalında Sizə dair məlumatlar aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən məlumat mübadiləsi əsasında real rejimdə əldə edilir. Məlumatlarınızda müəyyən çatışmazlıq və ya yanlışlıq olarsa, hər bir xidmətə uyğun "əks-əlaqə" bölməsinə daxil olaraq müvafiq quruma müraciət etməyinizi xahiş edirik.

Bir daha göstərmə