İstifadə qaydaları

my.gov.az dövlət və qeyri-dövlət qurumlarının (bundan sonra - qurumlar) elektron xidmətlərini təqdim edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsinin (bundan sonra - Mərkəz) operatoru olduğu rəqəmsal portaldır.

Bu İstifadə Qaydaları (bundan sonra - Qaydalar) sizin Mərkəz tərəfindən təmin edilən Portaldan istifadənin şərt və müddəalarını özündə əks etdirir. Bu Qaydaları qəbul etməklə və ya Portaldan istifadə etməklə siz Bu Qaydaları və qaydalardan irəli gələn öhdəlikləriniz barədə məlumatlı olduğunuzu qəbul etmiş hesab edilirsiniz. Əgər siz bu portaldan fərdi qaydada istifadə edirsinizsə qaydalarda “Siz” dedikdə fərdi olaraq sizin özünüz nəzərdə tutulursunuz. Əgər siz bu istifadə qaydalarını hər hansı şirkətin və ya digər hüquqi şəxsin adından təsdiq edirsinizsə siz həmin şirkətin və ya hüquqi şəxsin nümayəndəsi kimi qəbul edilirsiniz.

Portalın istifadəçiləri rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərdir.

Mərkəzin bildiriş göndərmədən bu Qaydalara əlavə və dəyişikliklər etmək üçün müstəsna hüququ vardır. Hər hansı bir dəyişiklikdən sonra Portaldan davamlı istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir. Yeni Qaydalar təsdiq edildiyi andan etibarən bundan əvvəl təsdiq edilmiş Qaydalar qüvvədən düşmüş hesab edilir.

Qurumların informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, həmin ehtiyat və sistemlərdə olan sənədlərin, habelə informasiyanın qanunla müəyyən edilmiş qaydada əldə edilməsini, elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını və istifadəçilərin onlardan istifadəsini təmin edən dövlət informasiya sistemindən (bundan sonra - Elektron Hökumət İnformasiya Sistemi) sizə aid fərdi məlumatlar müvafiq xidmətdən istifadə zamanı xidməti təqdim edən quruma ötürülür. Portaldan istifadə edərək barənizdə fərdi məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz.

1. Yalnız siz öz hesabınızdan istifadə edə bilərsiniz.
2. Portalda mövcud hesabınız üzrə məsuliyyəti siz daşıyırsınız. “ASAN login” Vahid Giriş Sistemi tərəfindən verilmiş şifrəniz və hesaba aid digər məlumatlar kənar şəxslərə ötürülə bilməz.
3. Məlumatların məxfiliyini qorumaq məqsədi ilə müvafiq tədbirlər görmədiyiniz təqdirdə, kənar şəxslərin hesabınıza daxil olması və istifadəsinə görə məsuliyyəti siz daşıyırsınız.
4. Rastlaşdığınız hər hansı bir icazəsiz istifadə və ya aşkar etdiyiniz digər şübhəli hallar barədə dərhal Mərkəzə yazılı məlumat verməlisiniz
5. Digər şəxslərin hesabına daxil olmaq yolverilməzdir.

Mərkəz aşağıda qeyd olunan hallara görə məsuliyyət daşımır:

● Qanunla müəyyən edilmiş həddə, heç bir halda Portala giriş üçün istifadə etdiyiniz cihaz və ya Portaldan istifadənizə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən ziyan, zərər, itki və ya xəsarətə;
● Elektron Hökumətin İnformasiya Sistemindən real vaxt rejimində əldə edilən məlumatların həqiqiliyi və tamlığına və həmin məlumatlar əsasında göstərilən xidmətə, o cümlədən “əks əlaqə” bölməsindən gələn cavablara;
● Portalda istinad olunan saytlar, onların məzmunu, təhlükəsizlik qaydalarına və həmin saytlarda məxfiliyin qorunub saxlanmasına.

Mərkəz fərdi və kommersiya sirri təşkil edən məlumatların qorunması, təsadüfi itkilərin və icazəsiz girişlərin, istifadənin, Portalda dəyişiklik edilməsinin və ya açıqlamaların olmaması üçün mümkün və lazımi texniki və təşkilati tədbirlər görür. Lakin, kənar müdaxilələr nəticəsində şəxsi və digər məlumatlardan müxtəlif məqsədlər üçün istifadə edilməyəcəyinə zəmanət verilmir.

Portala giriş “ASAN Login” Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir. Portalda təqdim olunan xidmətlər üzrə ödəniş Qurumlar tərəfindən və/və ya qanunvericiklə müəyyən edilir.

Mərkəzin bildiriş göndərmədən və ya göndərməklə Portalın fəaliyyətində istənilən vaxt və ya mütəmadi dəyişikliklər etmək və ya fəaliyyəti müvəqqəti və ya daimi dayandırmaq üçün müstəsna hüququ vardır. Bu barədə bildiriş Portalda əks olunacaqdır. Mərkəz Portalda edilmiş istənilən dəyişiklik, yenilənmə, ödəniş dəyişikliyi, dayanmalara görə sizin və ya istənilən üçüncü şəxlərin qarşısında məsuliyyət daşımır.

Portaldan istifadə etdiyiniz zaman Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına riayət edilməsinə və Mərkəz və onun direktorlarının, işçilərinin, nümayəndələrinin və agentlərinin sizin birbaşa və dolayısı ilə Portaldan istifadənizlə və ya bu Qaydaların pozulması ilə əlaqədar yaranmış istənilən zərər, ziyan, məhkəmə və vəkil xərcləri daxil olmaqla istənilən xərclər, iddia və ya digər şikayətlərdən azad edilməsinə görə məsuliyyət daşıyırsınız.
Bu Qaydalarda açıq şəkildə göstərilən hallar istisna olmaqla, Portal üzərində heç bir hüququnuz yoxdur. Mərkəz bu Qaydalarla sizə birbaşa verilməmiş bütün hüquqlara sahibdir.
Əqli mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, təhqiramiz, nalayiq, təhrikçi materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyinə zidd davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa fəaliyyətlə məşğul olmaq üçün Portaldan istifadə etmək qadağandır.
Bu hallarda Mərkəz hüquq-mühafizə orqanlarına tam yardım göstərəcək, bu cür fəaliyyətlə məşğul olan istifadəçinin şəxsi məlumatlarını səlahiyyətli dövlət orqanlarına məlumat vermək öhdəliyi yaradan məhkəmə və inzibati aktları yerinə yetirəcək və istənilən vaxt bu cür hesabları silmək hüququnu özündə saxlayacaqdır.
Portaldan istifadə zamanı portalın və ya məzmunun hər hansı proqram təminatı vasitəsilə monitorinqi və ya səhifəyə aid müəllif hüquqlarının pozulması yolverilməzdir.
Mərkəz öz mülahizəsinə görə hesabınızı dayandırmaq və ya ləğv etmək, o cümlədən Portaldan istifadə şərtlərinin pozulması halları olduqda Portalın bütövlükdə və ya hər hansı hissəsinin cari və ya gələcək istifadəsini dayandırmaq hüququna malikdir. Bu dəyişikliklər sizin hesabınızın dayanması və ya hesabınıza girişin məhdudlaşdırılması, hesabınızdakı bütün məlumatların itirilməsi və silinməsi ilə nəticələnə bilər. Mərkəz istənilən anda və istənilən şəxs tərəfindən Portaldan istifadəni dayandırmaq hüququnu öz üzərində saxlayır. Mərkəz tərəfindən hesabınız dayandırıldıqda və ya ləğv edildikdə buna əsas yaradan hallar aradan qaldırıldıqdan sonra hesabınızın bərpası barədə müraciətə baxıla bilər.

Bu Qaydalar Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq tənzimlənir və təfsir edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir.

Bu Qaydaların bir hissəsinin qüvvəsini itirməsi və ya ləğvi bu Qaydaların qüvvəsini itirməsinə əsas hesab edilə bilməz. Tərəflər təsdiq edirlər ki, bu Qaydalar hər iki tərəfin iradə ifadəsinin göstəricisidir və təsdiq edilməklə bu predmetli bundan əvvəlki bütün yazışmalar və danışıqlar, şifahi razılaşmalar, bəyanatlar qüvvədən düşmüş hesab edilir.

close

Diqqət!

myGov portalında Sizə dair məlumatlar aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən məlumat mübadiləsi əsasında real rejimdə əldə edilir. Məlumatlarınızda müəyyən çatışmazlıq və ya yanlışlıq olarsa, hər bir xidmətə uyğun "əks-əlaqə" bölməsinə daxil olaraq müvafiq quruma müraciət etməyinizi xahiş edirik.

Bir daha göstərmə