“mygov” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (bundan sonra – Agentlik) tərəfindən idarə olunan, “www.mygov.az” internet informasiya ehtiyatı olan veb-saytdan və “mygov” mobil applikasiyasından ibarət olan rəqəmsal platformadır (bundan sonra “mygov” və ya “Portal”). Hazırki Məxfilik Siyasəti isə “mygov” üzərindən dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunması, istifadəçilərin onlardan istifadəsi, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya sorğulanması zamanı əldə edilmiş məlumatların (verilənlərin) toplanması, istifadəsi, açıqlanması və emalı qaydasını müəyyənləşdirir.
Hazırki Məxfilik siyasəti çərçivəsində Portalın iştirakçıları dedikdə informasiya sistemləri və ehtiyatları portala qoşulmuş, onlar vasitəsilə elektron xidmətlər göstərən və portala qoşulmuş digər informasiya sistemləri və ehtiyatları ilə informasiya mübadiləsində iştirak edən dövlət və qeyri-dövlət qurumları nəzərdə tutulur.
Hazırki Məxfilik siyasəti çərçivəsində elektron kabinet dedikdə, Vahid Giriş Sistemindən istifadə etməklə sistemin istifadəçisinin özü barədə olan məlumatlar (sənədlər) və həmin məlumatlardan (sənədlərdən) istifadə edildiyi barədə məlumatlarla (Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ilə müəyyən edilmiş hallar istisna olmaqla) tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, elektron xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib, operator, sistemin iştirakçıları və istifadəçilər ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə nəzərdə tutulur.
Hazırki Məxfilik Siyasəti üzrə verilənlər dedikdə – informasiya və rəqəmsal texnologiyalar vasitələri ilə emal edilməyə yararlı və aşağıda qeyd edilən məlumatlar nəzərdə tutulur:
“mygov” üzərindən təmin ediləcək elektron xidmətlərdən istifadəniz xidmətin göstərilməsi ilə əlaqəli fərdi və ya digər məlumatlarınızın hazırki Məxfilik Siyasəti ilə müəyyən olunmuş qaydada və əsaslarla toplanması, istifadə edilməsi, emalı və açıqlanmasına dair razılığınız (iradə ifadəniz) kimi qəbul ediləcəkdir.
“mygov”-dan istifadə etməzdən öncə bu “Məxfilik Siyasəti” və “İstifadə qaydaları” (https://my.gov.az/intro/terms.html) ilə tanış olmağınız tövsiyə olunur.
“mygov” portalından istifadə zamanı Portal İştirakçıları tərəfindən göstərilən xidmətlərdən istifadə zamanı da ayrı ayrı Məxfilik siyasəti sənədləri təqdim edilə bilər.
Portaldan istifadənizlə əlaqədar olaraq toplanan məlumatlar yalnız bu Məxfilik Siyasəti və qanunla müəyyən edilmiş digər hallarda toplanacaqdır. Toplanan məlumatların məcmusu Agentlik tərəfindən portaldan istifadənizin təmin edilməsi üçün tələb edilən və toplanan məlumatlardır, bununla məhdudlaşmamaqla bu məlumatların dairəsi aşağıdakı kimi müəyyən olunur:
Aşağıda qeyd olunan siyahı ilə məhdudlaşmayaraq, verilənlər aşağıda qeyd olunan texnologiyalar və ya texnoloji həllər yolu ilə toplana bilər:
2.1.1. Analitik Teqlər: Analitika Teqləri ümumi istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə “mygov” portalının funksional xüsusiyyətlərinin effektivliyini və “mygov”a aid istifadəçi seçimlərini təhlil etmək üçün tərəfimizdən istifadə olunur. mygov İstifadəçisinin profili haqqında daha çox başa düşmək üçün bu cür analitik teqlər vasitəsilə toplanmış məlumatlar (məsələn, əməliyyat tarixçəsi və demoqrafik məlumat) istifadə edilir.
2.1.2 Kukilər: Kukilər “mygov” dan istifadə etdiyiniz zaman haqqınızda məlumat saxlamaq və izləmək üçün brauzerinizə və ya cihazınıza göndərilən kiçik məlumat fayllarıdır. Kukilər həmçinin “mygov” portalının funksionallığını təkmilləşdirmək və saxlamaq, “mygov” istifadəçilərinin sayı, onların istifadə tezliyi, istifadəçilərin profili və istifadə ilə bağlı digər oxşar məlumatları izləmək üçün istifadə olunur. Bu kukilər “mygov” portalından istifadə etdiyiniz zaman bizə məlumat verə bilsə də, onlar sessiya əsaslıdırlar və sabit diskinizdən məlumatları oxuya bilməz. Bütün kukilər şəxsi məlumatları toplamır və siz kukilərdən istifadəni rədd etmək üçün seçimlərinizi və parametrlərinizi konfiqurasiya edə bilərsiniz. Bu kukilər “mygov”-un funksionallığını yoxlamaq üçün və “mygov” xidmətlərini daha da yaxşılaşdırmaq üçün anonim veb istifadə məlumatları toplamaq üçün istifadə olunur. Kuki fayllarını rədd etməyiniz “mygov”-dakı bəzi funksiyalara təsir edə bilər.
2.1.3. Server Qeydləri (Server logs): Server qeydləri mygov portalından istifadə etdiyiniz cihaz tərəfindən yaradılmış fayl və fəaliyyət qeydləridir. Məsələn, veb server jurnalı səhifə sorğularının tarixçəsini qeyd edə bilər, digər qeydlər isə səhvləri, giriş cəhdlərini və ya İP ünvanınız və ya cihazınızın kuki parametrləri kimi cihazınız haqqında digər məlumatları qeyd edə bilər. Agentlik bu cür server qeydlərini inzibati, təhlükəsizlik və problemlərin aradan qaldırılması məqsədləri üçün toplaya və saxlanıla bilər.
2.1.4.. Cihaz haqqında məlumat: Agentlik sizin cihazınıza aid məlumatları saxlaya bilər, məsələn, cihazın modeli, növü, əməliyyat sistemi, digər texniki xüsusiyyətləri və funksionallıq üçün verilmiş hər hansı icazələr (məsələn, coğrafi yerləşmə, kamera, audio və video icazələri).
3.1. Toplanmış məlumatlar Agentlik tərəfindən aşağıdakı məqsədlərdən hər hansı biri, bəziləri və ya hamısı üçün istifadə edilə və emal edilə bilər:
3.2. “mygov” portalından istifadənizə kömək etmək və asanlaşdırmaq, o cümlədən elektron kabinetinizi yaratmaq, elektron kabinetinizə daxil olmanızı və “mygov” funksionallarından istifadənizi asanlaşdırmaq (o cümlədən də “Vahid Giriş Sistemi” üzrə portala girişinizi təmin etmək üçün);
3.3. İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı sorğu, rəy və ya şikayətlərinizə geri dönüşü təmin etmək;
3.4. “mygov” portalının təkmilləşdirilməsi çərçivəsində istifadəçi davranışını, meylləri və üstünlüklərini anlamaq üçün “mygov” portalından istifadənizi izləmək və bu barədə anonimləşdirilmiş statistik məlumatlar hazırlamaq;
3.5. Məlumatlarınızın qanunla müəyyən edilmiş qaydada saxlanması və ya ehtiyat nüsxələrinin yaradılması məqsədilə;
3.6. Cihazınızın funksionallığından və “mygov” Portalının funksionallığından asılı olaraq, e-poçt, SMS, pop-up, push bildirişləri və ya vaxtaşırı təqdim edə biləcəyimiz digər əlaqə formaları ilə, “mygov” elektron kabinetiniz ilə əlaqədar sizinlə əlaqə yaratmaq məqsədilə;
3.7. Dövlət qurumları (o cümlədən də onların strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlar) tərəfindən aparılan bazar araşdırmalarının, sorğuların və təşviqat tədbirlərinin icrasını asanlaşdırmaq üçün sizinlə əlaqə saxlamaq və ya sizinlə əlaqə saxlamaq məqsədilə;
3.8. Coğrafi yerləşmə məlumatlarından istifadə edərək yerə əsaslanan xidmətlər təqdim etmək və daha yaxşı xidmət təcrübəsi üçün audio və video funksionallıqlarını aktivləşdirmək. Bu cür icazələr Portal funksionallıqları ilə əlaqəli olduğu zaman, sizin açıq razılığınız tələb olunacaq;
4.1. İstifadəçi olaraq təqdim etdiyiniz və ya “mygov”-un və ya onun xüsusiyyətləri və ya funksiyalarının təmin edilməsinin bir hissəsi kimi yuxarıda qeyd olunan əsaslarla toplanmış məlumatlar qanunla qadağan edilmədiyi halda, Agentlik tərəfindən aşağıda qeyd olunan üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:
4.1.1. elektron xidmətlərin göstərilməsi məqsədi ilə mövcud olan və ya yeni yaradılan informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin və uzlaşmasının təmin edilməsi məqsədilə qanunla müəyyən olunmuş hüquqi əsas çərçivəsində dövlət qurumları (o cümlədən də onların strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlar) ilə;
4.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında vəqanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;
4.1.3. dövlət qurumları (xüsusilə də hüquq mühafizə orqanları) və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətinin təmini, məhkəmə araşdırması, cinayət işinin araşdırılması, ictimai qaydanın mühafizəsi və o cümlədən də milli təhlükəsizliyin təmini məqsədilə;
5.1. mygov poratlından istifadə zamanı üçüncü şəxslərə aid məlumatların təmin edilməsi tələb olunan hallarda, bu məlumatlar aşağıda qeyd olunan hallar və qaydalar nəzərə alınmaqla toplanılır. Tərəfinizdən bu növ üçüncü şəxslərə aid məlumatları “mygov”-a açıqlamazdan əvvəl:
5.2. Üçüncü şəxslərə aid məlumatı təqdim etməklə, istifadəçi olaraq təmsil edir və təmin edirsiniz ki:
6.1. Agentlik “mygov” bildirişlərini təqdim etmək üçün məlumatlarınızı toplayır, istifadə edir və açıqlayır. Bu hal üzrə məlumatlarınızın toplanması, istifadəsi və açıqlanmasına daxildir:
6.2. “mygov” bildirişləri funksionalı vasitəsilə dövlət qurumlarının portala inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından gələn bildirişlər də təqdim olunur.
“mygov”-un təmin etdiyi rəqəmsal texnologiyalardan istifadə etməklə istifadəçi öz elektron kabinetinə daxil olmaqla Rəqəmsal Razılıq Sistemi üzrə turizm, bank, poçt, sığorta, maliyyə sahəsində xidmətlər göstərən sahibkarlıq subyektləri tərəfindən göstərdikləri xidmət çərçivəsində vətəndaş məlumatlarının sorğulanması zamanı məlumat sahibi olaraq fərdi məlumatlarınızın toplanılması və işlənilməsi razılıqlarının idarə edilməsi imkanına malik olmaqla:
“mygov” elektron kabinetiniz “EHİS” vasitəsilə dövlət informasiya sistemləri və ehtiyyatlarında olan məlumatlar əsasında formalaşdırılır. Tərəfinizdən daxil edilmiş məlumatlar istisna olmaqla, digər məlumatlara dəyişikliklər yalnız qurumlar tərəfindən qanunla müəyyən edilmiş hallarda edilə bilər. Məlumatlarda çatışmazlıq və ya dəyişiklik olduğu halda bu barədə müvafiq informasiya sistemi və ehtiyyatınını sahibinə “mygov” vasitəsilə də (“əks-əlaqə” pəncərələri) müraciət edə bilərsiniz.
Hazırki Məxfilik Siyasəti vaxtaşırı yeniləyə bilərik. Coğrafi yerləşmə, audio və ya video kimi yeni icazələr tələb edildikdə, bu, istifadəçilərin ayrıca və açıq razılığını tələb edəcək və bu tələblər gələcək yeniləmələrdə vurğulanacaq. Dəyişikliklərdən sizi bu səhifədə yenilənmiş Məxfilik Siyasətini yerləşdirməklə və bu Siyasətin yuxarısında “Son yenilənmə tarixi”ni yeniləməklə xəbərdar edəcəyik.
Agentliyin fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutur.
Agentliyin fəaliyyəti barədə daha ətraflı məlumat almaq və əlaqə yaratmaq üçün https://www.idda.az keçidindən istifadə edə bilərsiniz.